Qubada kəndin girişində postlar quruldu - Yanğınlara görə+Fotolar+Video

qubada-kendin-girisinde-postlar-quruldu
Oxunma sayı: 8180

Qubanın Dəlləkli kəndində yanğınlar baş verib.

"Qafqazinfo" xəbər verir ki, buna görə kəndin girişində postlar qurulub. Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin 4 yerində yanğın olub.  Kənd sakinlərinə məxsus tayaları və tövlələri yandırıblar. Gün ərzində 4 ayrı yerdə yanğınlar baş verib.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qəsdən törədilməsi güman edilir. Məsələni polis araşdırır.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev də baş çəkib.

***

FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını tez bir zamanda söndürə bilib. Kəndə polis nəzarət edir.

***

Yanğında kənd sakinləri İslam Vəzirov,  Hamza Çaxalov, İsmixan Qədirov və Maxsud Abasova ziyan dəyib. 

Emin Gülağaoğlu