Quş qripi tapılan bu ölkədə fövqəladə hal elan edildi

qus-qripi-tapilan-bu-olkede-fovqelade-hal-elan-edildi
Oxunma sayı: 1312

Əlcəzairdə bir fermada quş qripi aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.

“Bu virusun qaynağı köçəri quşlardır və vəziyyət belə davam etdiyi müddətdə bütün bölgələrdə tədbirlər gördük”, - ölkənin əkinçilik naziri Əbdülhəmid Həmdəmi bildirib.

Nazir Həmdəmi qeyd edib ki, virusun ortaya çıxdığı Eyn-Fəxrun bölgəsi nəzarətə götürülüb və vəziyyəti izləmək üçün heyət təşkil olunub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Əlcəzairin şimal-şərqindəki bir fermada quş qripinə rast gəlindiyini elan etdikdən sonra ölkədə səhiyyə sahəsində fövqəladə hal elan olunub.

Qeyd edək ki, bölgədə quş qripi səbəbindən 50 min qanadlı heyvan öldürülüb, 1200-ü isə məhv edilib. Epidemiyanın yayılmasının qarşısını almaq üçün bölgə təcrid olunub.