Ramil Usubov Daşkəsənə rəis təyin etdi

ramil-usubov-daskesene-reis-teyin-etdi
Oxunma sayı: 8888

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzaladığı müvafiq əmrlə Daşkəsən rayonuna yeni polis rəisi təyin edib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu posta Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışan polis mayoru Fəxrəddin Abbasov gətirilib.

DİN-in mətbuat xidməti faktı “Qafqazinfo”ya təsdiqləyib.