Ramil Usubov nazirin qardaşı oğlunu işdən çıxardı - Yenilənib

ramil-usubov-nazirin-qardasi-oglunu-isden-cixardi
Oxunma sayı: 20099

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbayıl rayon polis idarəsinin 9-cu polis bölməsinin rəisi Natiq Camalov hələ ki, sərəncama götürülüb.

O, Yavər Camalovun qardaşı keçmiş Azəriqazın sədri Əlihüseyn Camalovun oğludur. Natiq Camalovun qardaşı Namiq Camalov isə Cəlilabad rayon polis şöbəsinin rəisidir.