Press24.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, dövlət başçısı İlham Əliyevin yaxın vaxtlarda bu barədə sərəncam verəcəyi gözlənilir.
Qeyd edək ki, Fazil Quliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.
1991-1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləyib.
1999-cu ildə Təşkilati-İnspeksiya İdarəsinin rəisi, 2001-ci ildə Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Son xəbərlər
Son Xəbərlər