Ramil Usubovdan Eyyubova jest - Oğluna vəzifə verdi

ramil-usubovdan-eyyubova-jest-
Oxunma sayı: 11554

Məlum olduğu kimi, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində kadr dəyişiklikləri edib.

“Qafqazinfo” AzNews.az-a istinadən xəbər verir ki, dəyişikliklərdən biri də Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Fərhad Eyyubovun vəzifəsinin yüksəldilməsi olub. Nazirin imzaladığı müvafiq əmrə əsasən, İdarədə şöbə rəisi kimi çalışan polkovnik-leytenant F.Eyyubov bundan sonra rəisin ikinci müavini kimi fəaliyyət göstərəcək.