Ramil Usubovdan təcili iclas

ramil-usubovdan-tecili-iclas
Oxunma sayı: 8573


"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, iclasda DİN rəhbərliyi, kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrin rəisləri iştirak edirlər. 

İclasda 2015-ci ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur. 

Kollegiyada Azərbaycanda keçirilən "Bakı 2015" l Avropa Oyunları zamanı iştirakçıların, qonaqların və tamaşaçıların təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması sahəsində polisin fəaliyyəti də müzakirə ediləcək.