Dünən xalq artisti Nazpəri Dostəliyevanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması və bununla bağlı ölkə prezidentinə müraciəti böyük rezonansa səbəb olub. “Qafqazinfo” xəbər verir ki, bir neçə sənətçi arasında yaranan şou qalmaqala mütəşəkkil cinayətkarlıqla məşğul olmalı yüksək bir qurumun reaksiyası və xalq artistinin “Bandotdelə” çağırılaraq dindirilməsi maraqlı nüanslar ortaya çıxarıb. Bununla bağlı redaksiyamıza daxil olan ilginc məlumatlara görə xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva, həmçinin Məleykə Əsədova və digərləri arasında yaranan adi şou-biznes qalmaqalına Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayor Mirqafar Seyidovun qoşulması sırf şəxsi münasibətlərlə bağlıdır.
Belə ki, general İlhamə Qulyieva ilə yaxın dostluq münasibətlərindədir. Buna görə də, o, primadonnanın xahişini yerinə yetirərək digər sənətçiləri aiddiyatı olmayan bir iş üzrə çağıraraq öz aləmində hədə-qorxu gəlmək istəyib. Nazpəri Dostəliyevanın isə bu olayla bağlı ölkə prezidentinə müraciət etməsi dünən sözün əsl mənasında aləmi bir-birinə qatıb.
Dünən xalq artistinin sözügedən müraciəti və bunun mətbuatda yaratdığı geniş rezonansdan sonra nazir Ramil Usubov “bandotdel”in rəisini çağıraraq ciddi şəkildə tənbeh edib. Nazir Mirqafar Seyidovun şou-biznes əhlinin razborkasına qoşulmasını axmaq hərəkət kimi qiymətləndirərək ona sərt xəbərdarlıqlar edib.
Məlumatlara görə, bu gün baş verən olayla bağlı digər sənətçilər Məleykə Əsədova ilə Sərxan Kərəmoğlunun da açıqlamalar verəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər