Ramiz Mehdiyev ilk görüşünü keçirdi - Foto

Ramiz Mehdiyev ilk görüşünü keçirdi
Oxunma sayı: 6203

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Ramiz Mehdiyev hər iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin prezidentlər – Vladimir Putinlə İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını bildirib. 

Qeyd edib ki, iki ölkənin elmi strukturları arasında da 2005 və 2019-cu illərdə imzalanan əməkdaşlıq haqqında sazişlərə əsaslanan geniş tərəfdaşlıq münasibətləri yaranıb və uğurla inkişaf edir. 

Səmimi qəbula görə AMEA rəhbərinə öz təşəkkürünü bildirən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və alimə REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrik məktubunu təqdim edib. Akademik Taliya Xabriyeva Rusiya Elmlər Akademiyasının rəhbərliyi adından akademik Ramiz Mehdiyevi Moskvaya dəvət edib. Təklif minnətdarlıq hissi ilə qəbul olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 23 oktyabrda imzaladığı sərəncamla Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Elə həmin gün AMEA-nın prezidenti seçilib. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi