Ramzan Kadırova nə olub?

ramzan-kadirova-ne-olub
Oxunma sayı: 7242

Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Şamsail Saraliyev respublika başçısı Ramzan Kadırovun səhhətindəki kiçik problemlər səbəbiylə məzuniyyət götürdüyünü bildirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə açıqlamasında məlumat verib. 

“Bəzən adi bir soyuqlama və ya qrip bölgə rəhbərini vəzifəsini müvəqqəti tərk etməyə məcbur edə bilər”, - deyə Saraliyev sözlərinə əlavə edib.

Onun sözlərinə görə, bu vəziyyətdə bölgəyə rəhbərlik hüququ müvəqqəti olaraq hökumət başçısına keçir. O, bu tədbiri məcburi adlandırıb, eyni zamanda  bunun ölkənin qanunverici normalarına tamamilə uyğun olduğunu vurğulayıb.

Deputatın sözlərinə görə, respublika başçısı məzuniyyətdə olmasına baxmayaraq, bölgədə baş verənləri izləməyə davam edir, idarəçilik sahəsində qərarları da verir: “Bölgədəki vəziyyət qaydasındadır”.

Çeçen liderinin Mətbuat xidmətinin rəhbəri Alvi Kərimov da sayta açıqlamasında Ramzan Kadırovun tibbi prosedurların tələb etdiyi müalicə kursu keçdiyini bildirib.

Xatırladaq ki, Ramzan Kadırov yanvarın 15-də müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən vəzifəsindən gedib. Onun vəzifə səlahiyyətləri müvəqqəti olaraq Müslim Xuçievə tapşırılıb.