Rasim Quliyev həbs edildi

rasim-quliyev-hebs-edildi
Oxunma sayı: 14407

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev həbs edilib.

“Qafqazinfo”nun Unikal.org-a istinadən məlumatına görə, R.Quliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yol verdiyi korrupsiya əməllərinə görə saxlanılıb.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, 2010-2018-ci illər ərzində bu vəzifəni icra edib. O, keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. R. Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.