“Real”ın rəsmi səhifəsində Arif Alışanovun qızı ilə bağlı paylaşım - Video

realin-resmi-sehifesinde-arif-alisanovun-qizi-ile-bagli-paylasim
Oxunma sayı: 5603

İspaniyanın "Real" klubu rəsmi feysbuk səhifəsində azərbaycanlı azarkeşlərlə bağlı video paylaşıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, videoda yer alanlar arasında AzTV-nin sabiq sədri Arif Alışanovun qızı Aynur Alışanova da var. O, "Real" azarkeşi kimi tanınır.

Madrid klubunun azərbaycanlı fanatları Çempionlar Liqası matçı üçün Türkiyənin İstanbul şəhərində olduqlarını bildiriblər.

Qeyd edək ki, "Real" bu gün İstanbulda "Qalatasaray"ın qonağı olacaq.