Rəhim niyə sırğa taxır?

rehim-niye-sirga-taxir
Oxunma sayı: 3694


“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV Maqazin"ə açıqlamasında sərt sözlər deyib: "Mənim sırğa taxmağımı qınayırlar. Niyə xarici müğənnilərdə görəndə tərifləyirlər? Konsert verəndə 100-200 manata olan biletlərini alırlar. Yerli müğənnilərimizin ünvanına təhqirlər deyirlər. Sosial şəbəkədə ifaçılara elə sözlər yazırlar ki... Ona görə də mən heç bir sosial şəbəkədə yoxam. Nə orda olum, nə də ürəyim bulansın. Şəhərdə də gizli gəzirəm. Elə edirəm ki, məni tanımasınlar. Mənim evim şəhərin ən mərkəzi küçəsindədir. Amma şəhərdən kənarda kirayə ev tutub, gizli yerdə yaşayıram. İnsanlarla təmasda olmaq istəmirəm. Həm də sənətçinin tez-tez görünməyi onu gözdən salır".

R.Rəhimli verilişlərə çıxmamasından da bəhs edib: "Hər verilişə getmirəm. Elə proqram var ki, on ildir fəaliyyət göstərir. Amma mən bir dəfə də orada qonaq olmamışam. Çünki aparıcı mənim formatıma uyğun deyil".