Rəmiş son mənzilə yola salındı - Video+Fotolar

remis-son-menzile-yola-salindi
Oxunma sayı: 12444

Xəbər verdiyimiz kimi, ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynov (Rəmiş) son mənzilə yola salınır. 

“Qafqazinfo”nun məlumatına görə, mərhum gitaraçının nəşi müalicə olunduğu 1 saylı Kliniki Mərkəzdən götürülüb. Dəfn edilmək üçün Yasamal (“Qurd qapısı”) qəbiristanlığına aparılır. 

Pandemiya qaydalarına əsasən, onunla vida mərasimi keçirilmir. Yalnız bir neçə sənət dostu və ailə üzvü mərhumu son mənzilə yola salır. 

***

Rəmiş Yasamal (“Qurd qapısı”) qəbiristanlığında torpağa tapşırılıb.  

Elvin Elxan

Fotolar: Pərvin Zeynal