Riyaziyyat müəllimi koronavirusdan vəfat etdi

riyaziyyat-muellimi-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 7407

Zəngilan rayon 26 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Əfşan Bəşirova koronavirus infeksiyası səbəbindən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zəngilan Rayon Təhsil Şöbəsi feysbuk səhifəsində bildirib.

“Zəngilan Rayon Təhsil Şöbəsinin kollektivi 26 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Bəşirova Əfşan Hilal qızının koronavirus infeksiyasından vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.

Daha əvvəl 23 yaşlı ingilis dili müəllimi Şəbnəm Qurbanova koronavirusdan vəfat etmişdi.