Rövnəq Abdullayev yenidən namizəd oldu

rovneq-abdullayev-yeniden-namized-oldu
Oxunma sayı: 8495

AFFA-nın prezidenti Rövnəq Abdullayev yenidən bu posta namizədliyini irəli sürüb.

“Qafqazinfo”nun məlumatına görə, Rövnəq Abdullayev AFFA Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini verib.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.