Röya Brilliantdan üzr istədi - Foto

Röya Brilliantdan üzr istədi
Oxunma sayı: 7735

Xalq artisti Röya Ayxan həmkarı Brilliant Dadaşova ilə aralarında yaranmış qalmaqala görə üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, R.Ayxan İnstaqram hesabında yazdığı statusda söz-söhbətə son qoyulmasını xahiş edib:

“Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, mənim fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi ilə onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”.

Xatırladaq ki, Röya “3D” proqramında Brilliant Dadaşovanı erməni musiqiçiyə yazdığı “super” şərhinə görə qınamışdı. Dadaşova isə Röyadan incimiş, müğənnini İnstaqramda “unfollow” etmişdi. O, erməni musiqiçiyə yazdığı sözləri təkzib etmədiyini və hər zaman musiqini yüksək səviyyədə təbliğ edənlərin tərəfində olduğunu bildirmiş, Röyaya isə “mənə “sənətkarımsan” deyən insandan bu sözləri gözləmirdim” deyə cavab vermişdi.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi