Röya Əsmər nənəyə ev tikdirəcək

roya-esmer-neneye-ev-tikdirecek
Oxunma sayı: 3953

Xalq artisti Röya Ayxan bir müddətdir sosial şəbəkələrdə gündəm olan 77 yaşlı Əsmər Cəfərovaya yeni ev tikdirəcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qazaxın Quşçu Ayrım kəndindəki mənzil tamamilə yararsız halda olduğu üçün belə addım atılıb. 

Sənətçi Ə. Cəfərovanın hazırkı mənzilinin yanında 3 otaqlı mənzil inşa etdirəcək, oranı bütün ev əşyaları ilə təmin edəcək.