Rusiya Azərbaycana missiya göndərəcək

rusiya-azerbaycana-missiya-gonderecek
Oxunma sayı: 8882

“Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti iclasını keçirəcək. Həmçinin energetika, kənd təsərrüfatı və bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Azərbaycana Rusiya işgüzar missiyalarını göndərməyi planlaşdırırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.

O bəyan edib ki, Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar, Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdırlar:

“Sənayedə də səmərəli tərəfdaşlıq qurulub. Ötən il kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə “QAZ qrupu” ilə “Azərmaş”ın müştərək zavodu açılıb. Rusiyanın iştirakı ilə Azərbaycan dəmir yollarının və Bakı metropoliteninin qatarları texniki cəhətdən yenilənir. Azərbaycanda “KamAZ” birgə servis mərkəzi tikilir.

Ölkələrimizin maliyyə sahəsində qarşılıqlı fəaliyyətini bundan sonra da möhkəmləndirməyi vacib hesab edirik. Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə bilərdi”.