Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı texniki səhvə yol verilib.
“Qafqazinfo” haqqın.az-a istinadən xəbər verir ki, Rusiya MN Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərən hərbi sülhməramlı həkimlərin mobil qrupları barədə məlumatın başlığında Qarabağın dağlıq hissəsinin adını 3 hərfin inisialı ilə - qondarma rejimi Dağlıq Qarabağ Respublikası (DQR) kimi təqdim etmişdi.
Bir qədər sonra isə sayt texniki səhvi düzəldərək sülhməramlı-həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiklərini yazıb.

Son xəbərlər
Son Xəbərlər