Rusiya Ukraynadakı itkilərinin sayını açıqladı

rusiya-ukraynadaki-itkilerinin-sayini-aciqladi
Oxunma sayı: 8662

"Rusiyanın əməliyyatı zamanı Ukraynanın itkiləri 2870 nəfərdən çox, Rusiyanın itkiləri isə 498 nəfər təşkil edib".

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Ukraynanın hüquq-mühafizə orqanlarının millətçiləri və hərbçiləri arasında itkilər: 2870-dən çox ölü və 3700-ə yaxın yaralı var. Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir düşən hərbçilərinin sayı 572 nəfərdir.

Təəssüf ki, xüsusi hərbi əməliyyatda iştirak edən yoldaşlarımız arasında itkilər var. 498 rusiyalı hərbçi xidməti borcunu yerinə yetirərkən həlak olub. Həlak olanların ailələrinə hər cür köməklik göstərilir. 1597 əsgər yoldaşımız yaralanıb”, - Konaşenkov qeyd edib.