Rusiyada deputat helikopter qəzasında öldü - Video + Yenilənib

rusiyada-deputat-helikopter-qezasinda-oldu
Oxunma sayı: 4853

Rusiyada “Bell 407” helikopterinin düşməsi nəticəsində Dövlət Dumasının deputatı Ayrat Xayrullin dünyasını dəyişib.

“Qafqazinfo”nun “Biznes Online”a istinadən məlumatına görə, hadisə Kazanda baş verib.

Göyərtədə Xayrullinlə yanaşı, onun köməkçisi və pilot olub. Onlar ağır yaralanıblar.

**

"Qafqazinfo"nun məlumatına görə, "REN TV" hadisə yerindən görüntülər əldə edib. Videodan göründüyü kimi, deputat Ayrat Xayrullinin cəsədi faciə baş verən ərazidən aparılır.