Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - Video

rusiyada-seferberliye-cagirilan-sexs-herbi-komissari-gulleledi
Oxunma sayı: 11015

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlıqda atışma baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, naməlum şəxs komissarlıqda atəş açmağa başlayıb. Nəticədə hərbi komissar və çağırış komissiyasının rəisi yaralanıb.

Atəş açan şəxs isə saxlanılıb. Daha sonradan həmin şəxsin 1997-ci il təvəllüdlü yerli sakin Ruslan Zinin olduğu və səfərbərliyə cəlb olunduğu məlum olub.

Bildirilir ki, Zinin atəş açmazdan əvvəl “Heç kim döyüşməyəcək. İndi hamımız evə gedəcəyik” deyə bağırıb. Bununla belə, onun bu sözləri videoya düşməyib. İnsidentlə bağlı hələ ki rəsmi məlumat verilməyib.