Rusiyada yaşayan Azərbaycan ailəsində faciə - Fotolar

rusiyada-yasayan-azerbaycan-ailesinde-facie-
Oxunma sayı: 7072

Azərbaycanlı ailə Rusiyada ağır yol qəzasına düşüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Vəfat edənlər Rəşad Hüseynov və onun 26 yaşlı qızı Sevinc Hüseynovadır. Maşında olan digər sərnişin Günay Şirəliyevanın isə boynu sınıb, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mərhum Rəşad Hüseynov Rusiyada sürücü kimi fəaliyyət göstərirmiş.

Qeyd edək ki, sərnişin G. Şirəliyevanın bacısı da bir neçə il əvvəl eyni yolda qəzada ölmüşdü.