Rusiyalı pilot paraşütlə düşən zaman güllələnib - Video

rusiyali-pilot-parasutle-dusen-zaman-gullelenib-
Oxunma sayı: 9957

Rusiya Müdafiə Nazirliyi Türkiyə səmasında vurulan qırıcı təyyarəsinin pilotunun Suriya torpağında güllələndiyi nəticəsinə gəlib.

“Qafqazinfo” Россия 24 kanalına istinadən xəbər verir ki, təyyarədəki partlayış zamanı paraşütlə havaya düşməyi bacaran pilotlardan birinin Suriyada çəkilən görüntüsü yayılıb. Videodan da göründüyü kimi yerli hərbi dəstənin üzvləri meyitin ətrafında dayanaraq onun rusiyalı pilot olduğunu deyirlər. Onlar pilotun vurulduğuna görə Allaha təşəkkür edib, onun təkliyinə şükür edirlər.

Paraşütlə düşən digər pilotun taleyindən isə hələ də xəbər yoxdur.

Xatırladaq ki, bu gün səhər Rusiyanın Suriyadakı “Su-24” döyüş təyyarəsi Türkiyənin 10 dəfə xəbərdarlığından sonra vurulub.

Rusiya prezidenti Vladimir Putin isə Türkiyənin bu addımını “arxadan vurulan zərbə” adlandırıb. Bu hadisə 2 ölkə arasında gərginliyə səbəb olub.