Rusiyanın ən varlı azərbaycanlı varisləri - Siyahı

rusiyanin-en-varli-azerbaycanli-varisleri-siyahi
Oxunma sayı: 2249

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “CEO” jurnalının hazırladığı budəfəki siyahıda “Novoteka”nın sahibi Leonid Mixelsonun qızı Viktoriya Mixelson 13,74 milyard dollarla birinciliyi azərbaycanlı varisdən ala bilib. Belə ki, ötən dəfə birinci yerdə qərarlaşan “Lukoyl” prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov 12,03 milyardlıq sərvətlə bu dəfə ikinci yerdədir.
Üçünçü yerdə isə “Maqnit” ticarət şəbəkəsinin sahibinin qızı Polina Qalitskayadır.

Səksən səkkiz varisin yer aldığı siyahının 86 və 87-ci pilləsində isə müvafiq olaraq “Krokus Siti”nin sahibi Araz Ağalarovun oğlu Emin və qızı Şeyla Ağalarova hərəsinə 1,01 milyard sərvətlə qərarlaşıblar.