Rusiyaya qarşı 19-cu sanksiyalar paketi rəsmən təsdiqləndi

rusiyaya-qarsi-19-cu-sanksiyalar-paketi-resmen-tesdiqlendi
Oxunma sayı: 1029

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. 

“19-cu paket digər ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 100-dən çox tankerə qarşı məhdudiyyətləri əhatə edir. Paket çərçivəsində həmçinin Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) ixracına qadağa qoyulub”, - məlumatda deyilir.  

Bundan başqa, yeni sanksiyalar Rusiya diplomatlarının Aİ-yə üzv ölkələrin ərazisində hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur.