Sabir Rüstəmxanlı oğlunun vəzifə təyinatından danışdı

sabir-rustemxanli-oglunun-vezife-teyinatindan-danisdi
Oxunma sayı: 9549


“Qafqazinfo” xəbər verir ki, Sabir Rüstəmxanlı ANS-ə açıqlamasında bu informasiyanın mediaya sızmasına kəskin etirazını bildirib və nədən böyük ajiotaja səbəb olduğuna təəccüb edib edib: “Mənim oğlum “Azəryolservis” ASC-də sadəcə olaraq tərcüməçi işləyir. Özü də o, bu iş yerində xeyli müddətdir ki, çalışır. Yenidən bunun şişirdirilərək mediaya sızması görəsən nəyə xidmət edir?!”.

Qeyd edək ki, lent.az saytının yaydığı məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun imzaladığı əmrə əsasən, Cəmil Rüstəmxanlı “Azəryolservis”də beynəlxalq əlaqələr idarəsində qrup rəhbəri təyin edilib. O, bu vəzifəyə bir müddət öncə təyin olunub.

Cəmil Rüstəmxanlı millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının oğlu, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun isə kürəkənidir.