Sabunçu Rayon İcra Hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi ilə əlaqədar tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakmiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə, sektor müdirləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisə və təşkilat rəhbərləri, YAP rayon təşkilatının ərazi partiya rəhbərləri və partiyanın fəalları iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu öndərin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ümummilli lider H. Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyasından, Ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq düşmən tapdağı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən ətraflı danışıb. A. Vəliyev çıxışında ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasından Konstitusiyasının demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanun olmasından, Konstitusiyada qanunun aliliyindən, insan və vətəndaş hüquq və azadlıqlarından da söz açıb.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxışında 18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”ndan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü kimi əsas prinsipləri təsbit etməsindən və Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun inkişafını təmin edilməsindən ətraflı danışıb.
Sabunçu rayonu, 28 nömrəli tam orta məktəbin direktoru Qənirə Əmircanova və Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva Konstitusiyanın hüquq sistemində ali hüquqi qüvvəyə malik olmasından, onun digər normativ hüquqi aktlar üzərində üstünlüyündən, dövlətlə, hakimiyyətlə, xalqın arasında olan münasibətləri özündə əks etdirməsindən və s. ətraflı danışıblar.




Son xəbərlər
Son Xəbərlər