“Sahibkarlar onun əlindən qan ağlayırdı, müdir qoydular”

sahibkarlar-onun-elinden-qan-aglayirdi-mudir-qoydular
Oxunma sayı: 9940

“Beş-altı il bundan əvvəl Namiq Bağırov Lənkəranda Ərazi Vergilər Baş İdarəsinin rəisi olub. O vaxt Lənkəranda mikro və kiçik sahibkarlar bunun əlindən qan ağlayırdı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, həmin zaman vergi orqanlarına müraciət edib: “Yoxlama gəldi və 3 gün əvəzinə bir gün qaldılar. Gedəndən sonra dedilər ki, həqiqətən bu insan kifayət qədər qanun pozuntuları edib. Hətta mənə dedilər ki, ola bilər ki, məsuliyyətə cəlb olunsun. Bu həmin orqandan çıxıb, bu gün Lənkəranda neftbazanın müdiri işləyir. Keçmişdə bu səhvləri buraxan adamı həmin yerə müdir qoyublar. Az qala, cinayət işi qaldırılan, işdən çıxarılan rəis necə olur ki, həmin rayonda neftbazanın müdiri olur? Bununla bağlı plenar iclasda da çıxış edəcəyəm”.

Zaur Mirzə