Salyanda ailə faciəsi - Ölənlərin sayı 3-ə çatdı+Yenilənib

salyanda-aile-faciesi
Oxunma sayı: 9371

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.

Belə ki, "Mitsubishi"markalı minik avtomobilinin aşması nəticəsində bir ailənin 5 üzvü  - Hacıyev Ələsgər Aqil oğlu, Məmmədov Həsən Abdul oğlu, Məmmədova Zemfira Seyfulla qızı, Məmmədova Təranə Saleh qızı, və Məmmədova Şükriyyə Telman qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Təranə Məmmədova və Zemfira Məmmədova xəstəxanada ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

***

Salyan rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb.

Report xəbər verir ki, yol qəzası zamanı ağır bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Hacıyev Ələsgər Aqil olğu həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.