Şamaxı qəzasında yaralananların - Adları+Video+Yenilənib

samaxi-qezasinda-yaralananlarin
Oxunma sayı: 4425

Şamaxıda  iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəzada 2 nəfər Rusiya vətəndaşı olmaqla 6 nəfər yaralanıb. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119 kilometrliyində Şamaxı rayonu ərazisində qeydə alınıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alanlarlardan 4 nəfərin şəxsiyyəti müəyyən olunub.

Şamaxı rayon sakini, 1952-ci il təvəllüdlü  Qədirov Nadir Qədir oğlu 

Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Məlikov Rəvan Əlibaba oğlu

Rusiya vətəndaşları

1967-ci il təvəllüdlü Nataliya Məlikova və1989-cu il təvəllüdlü Nərmin Məlikova.

Rəşad Türkoğlu