Şamaxıda 14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Qızmeydan kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib.
O, yaxınları tərəfindən Şamaxı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 15:35 radələrində zəhərlənmə şübhəsilə 1 nəfər (kişi cinsli) yaxınları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2011-ci il təvəllüdlü şəxsə dəm qazından zəhərlənmə diaqnozu təyin olunub. Hospitalizasiya olunarkən pasiyentdə həyat əlamətləri müşahidə edilməyib.
Zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, yeniyetmənin həyat fəaliyyətini bərpa etmək mümkün olmayıb.
Saat 15:38-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər