Şamaxıda vulkan püskürdü - 33 il sonra + Fotolar + Video

samaxida-vulkan-puskurdu
Oxunma sayı: 3526

Şamaxıda vulkan püskürüb.

"Qafqazinfo" xəbər verir ki,təbiət hadisəsi gecə saatlarında rayonun Dağ Göylər kəndində baş verib. Kənd sakinlərinin sözlərinə görə, bu ərazidə sonuncu dəfə vulkan püskürməsi 1986-cı ildə baş verib.

Yerin altından çıxan torpaq qatı təqribən iki hektar əraziyə yayılıb.

Hadisə yerinə geoloqlar gəlib. 

***

Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov “Qafqazinfo”ya açıqlamasında digər palçıq vulkanlarının aktivləşməsi halının müşahidə olunmadığını bildirib:

“Püskürən vulkan Şamaxı rayonu ərazisində Məlikçobanlı palçıq vulkanıdır. Bu, dördüncü püskürmədir. Sonuncu püskürməsi 1977-ci ildə baş verib. Təqribən yarım hektardan artıq ərazini əhatə edir. Püskürmə nəticəsində vulkanın cənub hissəsində uzun çatlar əmələ gəlib. Çatların uzunluğu təqribən 100-150 metrdir. Çatlar cənuba doğru uzanmağa meyillidir. Digər palçıq vulkanlarının aktivləşməsi qeydə alınmayıb”.

Rəşad Türkoğlu