Samir Nuriyev sədr seçildi

Samir Nuriyev sədr seçildi
Oxunma sayı: 6514

Korrupsiyaya qarşı mübarizə Komissiyasına yeni sədr seçilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, komissiyaya bundan sonra Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edəcək.

Komissiyanın qərarı ilə baş prokuror Kamran Əliyev isə antikorrupsiya şəbəkəsi üzrə milli koordinator seçilib.

Milli Məclisin deputatı Kamal Cəfərov isə Avropa Şurasının korrupsiyaya qarşı dövlətlər qrupunda Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi