Sarayda köməksiz vəziyyətdə qalan sakin belə xilas edildi - Video

sarayda-komeksiz-veziyyetde-qalan-sakin-bele-xilas-edildi
Oxunma sayı: 1946

Saray qəsəbəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış sakinin xilası üçün FHN-ə müraciət edilib.

“Qafqazinfo” xəbər verir ki, dərhal ünvana gələn FHN-in Sumqayıt  Regional Mərkəzinin xilasediciləri xüsusi xilasetmə vasitələrindən istifadə edərək onüçmərtəbəli yaşayış binasının onikinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq bağlı qapı arxasında halsız vəziyyətdə qalmış yaşlı vətəndaşı xilas ediblər.