Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən şəxs saxlanılarkən özünə xəsarət yetirib.
“Qafqazinfo” xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Orta yaşlı şəxs polislər tərəfindən saxlanılarkən ülgüc çıxarıb və qoluna xəsarətlər yetirib. O, daha sonra qaçaraq uzaqlaşıb.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, həmin şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətlərə görə məhkum olunan 37 yaşlı İsayev Əli Vahid oğludur. Onun barəsində eyni əmələ görə yenidən şübhələr olduğundan məcburi gətirilmə qərarı çıxarılıb. Polis əməkdaşları tərəfindən Şirvan şəhərində saxlanılarkən üzərində olan kəsici alətlə özünə xəsarət yetirərək ərazidən uzaqlaşıb.
***
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət işi üzrə axtarışda olan İsayev Əli Vahid oğlu polis əməkdaşlar tərəfindən keçirilən tədbirlərlə Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər