Şəbəkələrdəki problem aradan qalxdı - Yenilənib

sebekelerdeki-problem-aradan-qalxdi
Oxunma sayı: 10998

Bu gün axşam saatlarından Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

"Bakcell" şirkətindən "Qafqazinfo"ya verilən məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır:

"Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb. Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".

"Nar" mobil şirkətindən verilən məlumatda bildirilir: 

"Texniki çətinlik ilə əlaqədar  şəbəkə xidmətlərimizdə müvəqqəti fasilə yaranmışdır. Hazırda heyətimiz  xidmətlərimizin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.  

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək".

***

Şəbəkə xidmətlərində yaranmış texniki nasazlıq aradan qaldırılıb. 

***

"Bakcell" şirkətindən saytımıza verilən məlumatda deyilir:

"Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb. Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri  anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!".

***

"Nar" mobil operatorunun yaydığı məlumatda qeyd edilir: 

"Şəbəkə xidmətlərimizdə yaranan müvəqqəti çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb. Xidmətlərimizin təqdim olunmasında yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik".