“Sədərək”də vəziyyət necədir? - Video

sederekde-veziyyet-necedir
Oxunma sayı: 8715

Xəbər verdiyimiz kimi, səhər saatlarından “Sədərək” Ticarət Mərkəzində ciddi yanğın olub. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 

Hazırda yanğının söndürülməsi üzrə işlər başa çatır, artıq yanğın lokallaşdırılıb.

Qeyd edilir ki, bazardakı mallar zədələnib, sahibkarlar onlara külli miqdarda ziyanın dəydiyini deyirlər. 

***

FHN-in yaydığı son məlumata əsasən, artıq yanğın tamamilə söndürülüb. Hazırda hadisənin zərərləri aradan qaldırılır. 

***

“Qafqazinfo”nun əməkdaşları hazırda hadisə yerindədir.

Pərvin Zeynal