Səfər Əbiyev əməliyyat olunub

sefer-ebiyev-emeliyyat-olunub
Oxunma sayı: 2910


Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev cərrahi əməliyyat keçirib. Bu barədə “Qafqazinfo”ya keçmiş nazirə yaxın şəxslər bildiriblər.  Məlumata görə, vəzifəsindən azad olunandan sonra Avropadakı malikanələrindən birinə (böyük ehtimalla Çexiyanın Karlovarı şəhərinə) köçən S. Əbiyev orada istirahət etməklə yanaşı səhhəti ilə də məşğuldur. Belə ki, S. Əbiyev bu yaxınlarda cərrahi əməliyyat keçirərək orqanizmindəki narahatlıqların aradan qaldırılmasını istəyib. Əməliyyatın uğurlu keçdiyi və hazırda onun özünü normal hiss etdiyi bildirilir. 

Qeyd edək ki, S. Əbiyev müdafiə naziri vəzifəsindən azad olunandan sonra xaricə gedib. O, işdən çıxarılandan sonra vaxtilə tabeliyində işləyən qərargah rəisi Nəcməddin Sadıqovdan başqa demək olar ki, bütün aparıcı şəxslər nəzarətə götürülüb. Onların böyük bir hissəsi vəzifələrindən azad olunub, bir qrupu haqda isə yol verdikləri nöqsanlar və pozuntulara görə cinayət işi açılıb. Hətta vitse-admiral Şahin Sultanov başda olmaqla bir qrup səlahiyyətli şəxs həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərin verdikləri bütün ifadələrdə keçmiş nazirin adı keçib. Onlar törətdikləri əməllərdən birbaşa nazirin məlumatlı olduğunu açıqlayıblar.