Səhiyyə naziri vəzifəsini o icra edəcək

sehiyye-naziri-vezifesini-o-icra-edecek
Oxunma sayı: 9322

Azərbaycan Prezidenti İlham Əliyev Teymur Yusif oğlu Musayevin səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam verib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavininə, yəni Teymur Musayevə verilib.

Qeyd edək ki, T. Musayev indiyə qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.