Şəkidə 18 yaşlı qız itkin düşdü - Foto

sekide-18-yasli-qiz-itkin-dusdu
Oxunma sayı: 3876

Şəkidə 18 yaşlı qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, rayonun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqova Lamiyə Arif qızı iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Sonuncu dəfə evdən gedərkən üzərində ağ rəngli cins şalvar, bənövşəyi rəngli köynək və başında şapka olub. 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.