Sementlə dolu yük maşını aşdı, sürücü yaralandı - Video

sementle-dolu-yuk-masini-asdi-surucu-yaralandi
Oxunma sayı: 1844

Kəlbəcərdə sementlə dolu yük avtomobili aşıb.

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Kəlbəcər-Vəngli dairəsində baş verib.

Namiq Əli oğlu Əhmədov idarə etdiyi “DongFeng” markalı sementdaşıyan avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.

N.Əhmədov müxtəlif dərəcəli xəsarətlərlə Kəlbəcər rayonunda yerləşən hospitala çatdırılıb.

Hadisə yerinə FHN-in Kəlbəcər Rayon DYMH-nin əməkdaşları cəlb edilib. Avtomobilin aşması nəticəsində yola dağılan yanacaq ərazidən təmizlənərək yanğının baş verməsinin qarşısı alınıb.

Qeyd edək ki, qəza zamanı avtomobildə 25 ton yük olub.

Ziya Əmirxanlı