Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirildi

semkir-rayon-icra-hakimiyyetinde-emeliyyat-kecirildi
Oxunma sayı: 16000

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

“Qafqazinfo”nun Unikal.org-a istinadən məlumatına görə, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

Əlavə məlumat veriləcək.