Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı - Saxlanılan var+Yenilənib

semkirde-51-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 921

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

***

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əlövsət Həsənov saxlanılıb.