Şəmsəddin Xanbabayevə yeni vəzifə verildi

semseddin-xanbabayeve-yeni-vezife-verildi
Oxunma sayı: 12504

Prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz rayon icra hakimiyyəti başçısı vəzifəsindən çıxarılan Şəmsəddin Xanbabayev yeni vəzifəyə təyin olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 81 yaşlı Ş.Xanbabayev bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayonun təşkilatına sədr təyin olunub.

Qeyd edək ki, Xaçmaz RİH-yə Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev təyin edilib.