Sevgililəri əlbəyaxa oldu - Onların da dostluğu bitdi

sevgilileri-elbeyaxa-oldu
Oxunma sayı: 9254

“Kardeşim benim” filmində rol alan Murat Boz ilə Burak Özçivitin küsülü olduğu məlum olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər iki məşhurun sevgilisi Fahriye Evcen və Aslı Enver mübahisə edib.

Onların reklam siması olduqları kosmetik firmasının kulisində başlayan mübahisələri böyük davaya çevirilib.

Fahriye Enverin eyni markadan gələn 1 milyon lirəlik reklam təklifi ilə razılaşıb. Kaprizləriylə tez-tez gündəmə gələn Fahriye Aslıya söz ataraq “Mən ondan daha məşhuram” deyib.

Evcenin bu addımlarını mülayim qarşılayan Enverin səbri daşıb. Onlar çəkiliş zamanı əlbəyaxa dava ediblər.

Həmkarının üzünü belə görmək istəməyən Evcen onu sosial şəbəkədə “Unfollow” edib.

İki xanımın davası Burak Özçivit ilə Murat Bozun dostluq münasibətlərini pozub.