Sibel Can yaşını dəyişdirir - Məhkəməyə dava açdı

sibel-can-yasini-deyisdirir
Oxunma sayı: 7535

Türkiyəli müğənni Sibel Can əslində 1964-cü ildə deyil, 1970-ci ildə dünyaya göz açdığını iddia edir.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənninin atası Engin Cangüre 31 il öncə məhkəmə qərarı ilə qızının yaşını 6 yaş artırıb.

Sibel Can buna görə İstanbul Məhkəməsinə müraciət edərək şəxsiyyət vəsiqəsində gerçək yaşının qeyd olunmasını tələb edib.

Müğənninin vəkili Emin Erdal doğum haqqında şəhadətnamənin verildiyi orqanı məhkəməya verib.

Həqiqi yaşının 52 olmadığını bildirin Can, atasının onun icazəsi olmadan yaşını 6 il artırdığını açıqlayıb.

Məkhəməyə təqdim olunan sənəddə bunlar qeyd olunub: “Sibel Canın anası Emine Gül Sezer və atası Engin Cangüren 1969-cu ildə ailə qurub. Əgər Can 1964-cü ildə dünyaya gəlibsə, bu o deməkdir ki, valideynlərinin ailə qurmasından tam 5 il öncə dünyaya gəlib. Bu da mümkün deyil. Anası 1952-ci ildə doğulub. Belə çıxır ki, qızı 1964-cü ildə doğulubsa, demək Emine Gül 12 yaşında ana olub. Nikahdankənar uşaq olması da qeyri-mümkündür. Bu qərarın dəyişdirilməsini istəyirik”.