Sılaya daha bir zərbə

silaya-daha-bir-zerbe
Oxunma sayı: 4081

Türkiyə rəsmiləri avqustun 7-də İstanbulun Yenikapı ərazisində keçirilən “Demokratiya və şəhidlər” adlı mitinqi şou adlandıran məşhur müğənni Sılanı cəzalandırılmaqda davam edirlər.

Qafqazinfo” Sozcu.com-a istinadən xəbər verir ki, ifaçının sentyabrın 3-də Bodrumda verməli olduğu konsert də təxirə salınıb. Bodrum Antik Teatrında təşkil edilməli olan konsert guya, muzeyin restavrasiya işləri ilə bağlı baş tutmayacaq.

Sılanın meneceri Sərkan Güney yekun qərarın hələ gələn həftə veriləcəyini bildirsə də, artıq konsertin ləğvi ilə bağlı sənədin onlara təqdim edildiyini qeyd edib.

Sıla bir neçə gün öncə Yunanıstan adalarına gedərək konsertə hazırlaşdığını, sentyabrın 3-də sevdiklərinin qarşısına gümrah çıxacağını bildirmişdi.

Qeyd edək ki, daha öncə verilən qərarlara əsasən, Sılanın İstanbul və Bursadakı konsertləri də təxirə salınmışdı.