“Siqan”a 20 il iş verildi - “Lotu Quli”nin ən yaxın adamıdır

siqana-20-il-is-verildi
Oxunma sayı: 8758

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada həbs edilərək Azərbaycana ekstradisiya olunan “Siqan” ləqəbli avtoritet Elmir Məmmədovun barəsində verilən tənzimlənmə qərarına baxılıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi keçirilən prosesdə adam öldümrədə, qanunsuz silah daşımada təqsirləndirilən E,Məmmdəov barəsində Rusiyada verilən hökm Azərbaycan qanunvericiliyə uyğun tənzimlənib və o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Siqan” hazırda Qobustan həbsxanasında cəza çəkən Lotu “Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarındadır. Elmir Məmmədov, habelə Samin Paşayev (Kikbokser), Rüstəm Əliyev (Alyoşa), Tural Nəcəfov (Paşa Dvijeniya), Nazim Əzizov və Vilayət Məmmədov (Paroxod) 2008-ci ildə “Quli”nin tapşırığıyla Rusiyaya gedib. Adıçəkilən şəxslər orada iş adamlarını hədələyərk külli miqdarda pul alıblar. 2009-cu ildə isə dəstə üzvləri artıq uzaq Sibirdə yaşayan azərbaycanlı iş adamlarından pul almağa başlayıb. Onların istədiklərini rədd etmiş iş adamı, Krasnoyarskdakı Azərbaycan diasporunun lideri Rafiq Məmmədov isə sonradan qətlə yetirilib.

Bu şəxslər 2010-cu ildə Moskvadakı avtosalon sahiblərindən birinin oğlunu qaçırıb və iş adamından 1.5 milyon dollar, başqa bir azərbaycanlı biznesmendən isə 7 milyon pul alıblar.

Murad Əhməd